Monoqrafiya və kitablar
Azərbaycan Respublikasının geoloji irsi.
(T.N. Kəngərli, Ş.Ə. Babayev) Bakı, Nafta-press, 2015, 222 səh.
Təqdim edilən işin məqsədi – ictimaiyyətin diqqətini Azərbaycan Respublikasının geoloji irsinin badir stratiqrafik-paleontoloji, tektonik, petroloji-mineraloji və hidroloji-hidrogeoloji obyekrlərinə cəlb etmək və əhəmiyyətini izah etməkdir. Çünki insanlar çox vaxt bu obyektlərin ölkəmizin geoloji tarixinin dərk edilməsi, onun təbii rəngarəngliyinin və ekoloji tarazlığının qorunmasının zəruriliyinə kifayət qədər əhəmiyyət vermirlər.
Belə obyektlərin zədələnməsinin və məhv olmasının qarşısını almaq, onları mühafizə etmək qarşıda duran ən mühüm problemlərdən biridir.
Bu kitab - Azərbaycan Respublikasının konkret geoloji abidələri barədəqısa icmal vermək üçün ilk cəhd olub, həm geoloji ictimaiyyət və həmçinin cansız təbiətin qorunması üzrə mütəxəssislər, diyarşünaslar, turistlər, tələbələr, şagirdlər və əhalinin geniş təbəqələri üçün əhəmiyyətə malikdir.
Azərbaycan geologiya elminin korifeyləri
(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Nafta-Press” nəşriyyatı, 2016, 315 s. ISBN 978-9952-437-61-4
Kitabda Azərbaycanın geologiya elminin inkişafında mütərəqqi rol oynamış, geoloji elmi məktəb yaratmış, dünya geologiyasına elmi töhfələr vermiş geoloq alimlərin – AMEA-nın həqiqi üzvlərinin həyat və yaradıcılığı haqqında onların tələbələrinin və davamçılarının xatirələri verilmişdir.
Neft və qaz yataqlarının işlənilməsinin fundamental və tətbiqi problemləri. Akademik Midhət Teymur oğlu Abasovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiyanın materialları
(Redaktor: A.A. Əlizadə) Bakı, "Nafta-Press" nəşriyyatı, 2016
Neftqazçıxartma terminlərin izahlı lüğəti (rus-ingilis-azərbaycanca)
Bakı, «Ərgünəş» nəşriyyatı, 2017, ISBN 978-9952-8239-6-7
Lüğətdə neftqaz geologiyası və geofizikası, yataqların axtarışı və kəşfiyyatı, quyuların qazılması, neft və qaz yataqlarının işlənməsi, quyuların istismarı, lay və quyuların hidroqazodinamiki və geofiziki tədqiqatı; lay sisteminin hidrodinamikası, termodinamikası, fizikası və kimyası; neftin və qazın yığılması. Hazırlanması, nəqli və saxlanması; layların neftveriminin artırılması, neft və qaz hasilatının intensivləşdirilməsi, neftqaz mədən tikintisi və avadanlıqları, ekologiya, neftqazçıxarmanın iqtisadiyyatı, iqtisadi-riyazi modelləşdirmə, optimallaşdırma və proqnozlaşdırma kimi neftqazçıxarma, həmçinin elm və texnikanın bir sıra sahələrini əhatə edən ən çox istifadə olunan mühüm terminlər toplanmış və onların Azərbaycan dilində izahı verilmişdir.
Lüğət neftqaz sənayessi mütəxəssisləri, elmi işçilər, müəllim və tələbələr, elmi-texniki ıdıbiyyatın tərcüməçiləri və b. üçün nəzərdə tutulur.