Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Müəllimlər və həmkarlar haqqında

Müəllimlər və həmkarlar haqqında

(Akademik İ.Quliyevin ümumi redaktorluğu ilə), Bakı, Elm, 2024, 266 səh.

Kitabda görkəmli alim-geoloq və elm təşkilatçısı, akademik Ak.A.Əlizadənin müəllimlərinin və həmkarlarının həyat və yaradıcılığına həsr olunmuş xatirələri təqdim olunub. Onlardan bəziləri Azərbaycanın geologiya elminin inkişafında mütərəqqi rol oynamış, dünya geologiya elminə mühüm töhfələr vermiş, elm aləmində tanınan məktəblər və Azərbaycan elminin şanlı ənənələrini yaratmış, digərləri isə bu ənənələri gələcək nəsillərə ötürmək üçün göz bəbəbyi kimi qorumuşdur. Kitabda Akif Əlizadə böyük alimlərdən – təhsil almaq imkanı qazandığı müəllimlərdən və bir yerdə işləmək xoşbəxtliyinə nail olduğu, bəziləri ilə isə dostluq etdiyi həmkarlardan bəhs edir.


 

Tərtibçilər: texnika elmləri doktoru V.İbrahimov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Y.Lətifova



Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar. I cild.

Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar. I cild.

(Ak.A.Əlizadə T.N.Kəngərli D.A.Hüseynov), Bakı, “Nafta-Press”, 2025, 320 səh.

Kitab Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində uzun illər aparılmış ətraflı tədqiqatların, geoloji xəritələmə və geoloji axtarış-kəşfiyyat işlərinin nəticələrini əks etdirən vahid məlumat toplusudur. Əsərin bieinci cildində ərazisinin geodinamik mövqeyi, tektonikası, stratiqrafiyası, maqmatizmi, seysmikliyi, eləcə də  süxurların təbii radioaktivliyinə aid sistemləşdirilmiş məlumatlar verilir.

Kitab ərazinin geoloji xüsusiyyətləri və faydalı qazıntıları ilə maraqlanan mütəxəssislər, yerli idarəetmə orqanları, təhsil müəssələri, özəl qurumlar və geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilmişdir.



Baş redaktor: akademik V.M.Baba-zadə

Redaksiya heyəti: g.-m.e.d. Ç.M.Xəlifəzadə, g.-m.e.d. N.Ə.İmamverdiyev, g.-m.e.d. R.B.Kərimov

Elmin cazibəsi 3

Elmin cazibəsi 3

(Şirməmməd Nəzərli) Bakı: “Elm”, 2023, 192 səh. ISBN 978-9952-565-05-8

AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabının 3-cü cildundə İnstitutun Təbiət Tarixi Muzeyi və Geoloji-Mineroloji Muzeyinin fəaliyyəti haqqında məlumatlar oxunaqlı dillə təqdim edilir. Geniş müsahibə formatında hazırlanmış elmi mətnlər müəllifin orijinal fotoları, həmçinin arxiv şəkilləri ilə müşayiət olunur. Kitab alimlər, tələbələr, eləcə də geniş ictimaiyyət üçün nəzərdə tutulub. 

Fenomen geoloji hadisələr

Fenomen geoloji hadisələr

(Şahvələd Köçərli) Bakı, “Nafta-Press”, 2023, 76 səh.

Kitabça Azərbaycanda və ümumən dünyada rast gələn fenomen (nadir) geoloji hadisələrin icmalına həsr edilmişdir. Əhatə dairəsinin genişliyinə baxmayaraq, fenomen və fövqəladə təbiət hadisələrinin heç də hamısını kitabçaya daxil etmək mümkün olmamışdır və gələcəkdə bu istiqamətdə tədqiqatların davam etdirilməsi tövsiyyə olunur.

Müəllifin elmi maraq dairəsinə uyğun olaraq kitabçada neft – geoloji və təbiət hadisələrinə də yer verilmişdir.

Kitabça oxunaqlı – populyar dildə yazılsa da, elmi ciddilik prinsipi qorunub saxlanmışdır.