Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Yer fizikasının qısa nəzəri kursu

Yer fizikasının qısa nəzəri kursu

(F.Ə.Qədirov, R.T.Səfərov, A.H.Zamanova, A.Ş.Muxtarov) Bakı, Nafta-Press, 2022, 188 s.

Dərs­ vəsaiti Yer Fi­zi­ka­sı­nın əsas­la­rı­nı öy­rən­mək üçün nə­zər­də tu­tul­muş­dur. Ki­tab­da qı­sa şə­kil­də Yer Fi­zi­ka­sı­nın əsas fun­da­men­tal an­la­yış­la­rı, Gü­nəş sis­te­mi qa­nu­na­uy­ğun­luq­la­rı, seys­mo­lo­gi­ya və də­rin­lik qu­ru­lu­şu, Ye­rin fi­zi­ki sa­hə­lə­ri­nin xü­su­siy­yət­lə­ri və geo­di­na­mik pro­ses­lər şərh edi­lir. Nəş­rin ha­zır­lan­ma­sın­da mü­əl­lif­lə­rin Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin “Seys­mo­lo­gi­ya və Yer tə­ki­nin fi­zi­ka­sı” ka­fed­ra­sı­nın Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tun­da­kı filialın­da ba­ka­lavr və ma­gistr­lə­rə oxu­duq­la­rı mü­ha­zi­rə­lə­rin ma­te­ria­lın­dan is­ti­fa­də edil­miş­dir.

Dərs vəsaiti geologiya və geofizika təhsili alan tələbələr, xüsusən də “Yer və Planetlər fizikası” ixtisasları üzrə təhsil alan tələbə və magistrlər üçün faydalı olacaqdır.

Zəlzələ haqqında nələri bilmək lazımdır! (ikinci nəşr)

Zəlzələ haqqında nələri bilmək lazımdır! (ikinci nəşr)

(B.M. Pənahi, S.B. Axundova) Bakı, "Nafta-Press", 2023

Akademik Ələşraf Veysəl oğlu Məmmədov 90

Akademik Ələşraf Veysəl oğlu Məmmədov 90

(baş redaktor: c.e.d., dos. Z.N. Eminov), Bakı, 2021, 292 s.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət Mükafatı və H.Z.Tağıyev adına Milli Mükafatın laureatı, Azərbaycanın neftli-qazlı rayonlarının tektonik quruluşunun banilərindən biri, Azərbaycanın dördüncü dövrünün paleoklimatologiyasına dair bir sıra elmi tədqiqatların müəllifi Ə.V.Məmmədovun elmi əsərləri. Bu kitabda alimin neft geologiyasının və paleocoğrafiyanın ən mühüm aspektlərini əhatə edən elmi işlərinin bir hissəsi çap edilmişdir.

Azərbaycanın geologiyası, II cild. Neft və qaz. Qeyri-ənənəvi yanacaq-enerji resursları. Palçıq vulkanları. Yer fizikası

Azərbaycanın geologiyası, II cild. Neft və qaz. Qeyri-ənənəvi yanacaq-enerji resursları. Palçıq vulkanları. Yer fizikası

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Eım” nəşriyyatı, 2015, 372 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəm­li alim və mütəxəssislərinin neft və qaz, palçıq vulkanizmi və yer fizikası sahə­lərin­də mövcud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.

Monoqrafiyada çöküntütoplanma prosesləri, çöküntü örtüyü süxurlarının və üzvi maddənin quruluşu və təkamülü, karbohidrogen flüidlərinin izotop-geokimyəvi xarak­teristikası, karbohidrogen yığımlarının formalaşma mexanizmi, рalçıq vulkanlarının əmələ gəlməsi, səciyyəvi xüsusiyyətləri, təsnifatı, paylanma qanunauyğunluqları, seys­mikliklə, neft-qazlılıqla əlaqəsi haqqında məlumat verilmişdir.


Azərbaycanın qeyri-ənənəvi yanacaq-enerji xammallarından olan yanar şist və təbii bitumların, həmçinin Cənubi Xəzərdəki qaz-hidratların əmələgəlmə şəraitləri və axtarış perspektivləri nəzərdən keçirilmişdir.


Azərbaycan ərazisində yer qabığının qravitasiya və maqnit sahələri, dərinlik quruluşu, ərazinin seysmikliyi kimi məsələlər işıqlandırılmış, geofiziki sahələrin (qravi­tasiya, geomaqnit, geotermik və radiometrik) tədqiqinin nəticəsi olan ən yeni xəritə və modellər öz əksini tapmışdır.


Kitabdan geologiyanın müxtəlif istiqamətlərinin mütəxəssisləri, həmçinin dokto­rant­lar, ali məktəblərin magistr və bakalavrları, eləcə də ölkəmizin təbii sərvətləri ilə maraqlananlar faydalana bilərlər.