Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Daim dəyişən Dünyamız haqqında elm – Geologiya

Daim dəyişən Dünyamız haqqında elm – Geologiya

(Z.A.Vəliyev) Bakı, “Nafta-Press”, 2024, 160 s.

Təqdim olunan kitab 060508 – “Geologiya”, ali məktəblərin əyani və qiyabi şöbələrində, həmçinin qonşu fənlərarası ixtisaslarda təhsil alan tələbələr – bakalavr, magistrlar, doktorantlar, gənc mütəxəssislər, ümumiyyətlə təbiəri sevənlər üçün nəzərdə tutulmuşdur.


Bu kitabda Qalaktikanın (Kəhkəşanın) yaranması, Günəş sistemi, Yer planetinin fəzada mövqeyi, onun quruluşu haqqında müasir təsəvvürlər, onların fiziki, kimyəvi və s. xüsusiyyətləri barəsində məlumatlar, Yer qabağının mənşəyi, təkamülü, endogen və ekzogen proseslər haqqında nəzəri biliklər aşılanır. Bundan başqa, üzvi aləmin və onun təkamül qurumlarının inkişafı haqqında müasir təsəvvürlər və hipotezlər təqdim edilir.


Ümidvarıq ki, Qalaktikada yeganə həyat beşiyi olan Yer planeti və ümumiyyətlə, ucsuz-bucaqsız Kainat haqqında müfəssəl məlumat aşılayan bu maraqlı kitab, intellekt sahiblərinin nəzər-diqqətini cəlb edib onların biliklərini daha da zənginləşdirəcək, onları virtual səyahətə dəvət edəcəkdir.



Baş redaktor: akademik Akif Əlizadə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi Şurasının 25 oktyabr 2024-cü il tarixli (protokol № 7) qərarı ilə dərc olunur.

 

Elm zirvəsinə aparan səksəninci zəfər pilləsi

Elm zirvəsinə aparan səksəninci zəfər pilləsi

(Akif Əlizadə), Bakı, “Nafta-Press”, 2025, 48 səh.

Kitabçada Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi tarixi yol, Azərbaycan elminin mərhələləri qısa şəkildə təsvir edilir, milli elmin gələcəyini müəyyən üdən perspektivlər və tendensiyalar haqqında düşüncələr irəli sürülür. Xüsusi hörmət və minnətdarlıqla Azərbaycan xalqının intellektual qüdrət ocağı – Milli Elmi Təfəkkürün təməlini qoyanların, milli mənəviyyatımızın keşiyində duran görkəmli zəka sahiblərinin fədakar və əvəzolunmaz fəaliyyəti qeyd edilir.


Tarixi yolun hər bir mərhələsinin uğurlarına qayğıkeş münasibət, bu mərhələlərin xüsusiyyətlərinin təhlili elmi dünya görüşünün möhkəm təməllərinin yaradılmasında milli təcrübə ənənələrinin qorunub saxlanması və yeni nəsillərə ötürülməsində böyük əhəmiyyətə malikdir.

Planetimizin buzlaşma mərhələləri

Planetimizin buzlaşma mərhələləri

(V.A.Məmədov), Bakı. Nafta-Press, 2025, 136 s.,40 şəkil, 8 cədvəl

Kitabda lakonik formada planetimizdə son 3 milyard il ərzində bir neçə dəfə baş vermiş soyuqlaşma-buzlaşma və buzlaşmalararası istiləşmə dövrlərini yaradan səbəblər, onların xüsusiyyətləri və geosferdə baş vermiş transformasiyaların özəllikləri araşdırılır.


IV dövrdə Azərbaycanın yüksək dağlıq zonasında formalaşan buzlaşma proseslərinin özəllikləri də nəzərdən keçirilir.


Kitab gənc geoloq və təbiətşünaslar, ümumən geniş oxucu kütləsi üçün faydalı ola bilər.



Elmi redaktor:  akademik Ak.A.Əlizadə

Seysmik yazıların rəqəmsal email

Seysmik yazıların rəqəmsal email

(Tofiq Rəşid oğlu Əhmədov), Bakı, Nafta-Press, 2025, 160 səh.

Dərs vəsaiti “Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı” ixtisası üzrə təhsil alan bakalavrlar üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdən magistrant geofiziklər, neftçi geofiziklər, geoloqlar və hidrogeoloqlar və geofiziki kəşfiyyatla əlaqəli bütün mütəxəssislər də istifadə edə bilərlər.


Seysmik yazıların emalına həsr edilmiş bu dərs vəsaitində məlumatların kinematik və dinamiki emalının bütün mərhələləri nəzərdən keçirilmiş, onların məqsəd və vəzifələri şərh edilmişdir.



Redaktor
: professor V.M.Seyidov

Rəyçilər: dosent E.H.İskəndərov, dosent L.N.Xəlilova