Monoqrafiya və kitablar
Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar. II cild.
(Ak.A.Əlizadə T.N.Kəngərli D.A.Hüseynov), Bakı, “Nafta-Press”, 2025, 332 səh.
Kitab Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində uzun illər aparılmış ətraflı geoloji elmi tədqiqatların, geoloji xəritələmə və geoloji axtarış-kəşfiyyat işlərinin nəticələrini əks etdirən vahid məlumat toplusudur. əsərin ikinci cildində ərazinin hidrogeologiyası, faydalı qazıntıları, mineralları və geosaytları haqqında məlumatlar verilir.
Kitab ərazinin geoloji xüsusiyyətləri və faydalı qazıntıları ilə maraqlanan mütəxəssislər, yerli idarəetmə orqanları, təhsil müəssələri, özəl qurumlar və geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilmişdir.
Baş redaktor: akademik V.M.Baba-zadə
Redaksiya heyəti: g.-m.e.d. Ç.M.Xəlifəzadə, g.-m.e.d. N.Ə.İmamverdiyev, g.-m.e.d. R.B.Kərimov
Biblioqrafiyada əməkdar elm xadimi, prezident təqaüdçüsü, elm üzrə dövlət mükafatı laureat, görkəmli neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Abas Əli oğlu Əliyevin elmi, elmi-təşkilatçılıq. İctimai fəaliyyətinin əsas məqamları haqqında məlumat verilir. Tanınmış alimin neft geologiyası və geokimyası, palçıq vulkanizmi, geologiya elminin tarixi və elmi maarifləndirmə istiqamətlərində indiyədək gördüyü işlər, o cümlədən ilk dəfə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələr, çoxsaylı əməkdaşlıq müqavilələri çərçivəsində yerinə yetirilən yerli və beynəlxalq əhəmiyyətli elmi layihələr,nəşr etdirdiyi monoqrafiyalar, kitablar, elmi, elmi-populyar məqalələr və s. məsələlərə dair informasiyalar biblioqrafiyanın müvafiq bölümlərində öz əksini tapır.
Biblioqrafik əsas geologiya və digər sahələrdə fəaliyyət göstərən işçilər, habelə gənc mütəxəssislər, eyni zamanda elmin tarixi və alimin digər nəşrləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Yer planetinin ecazkar mənzərələri və təbiət hadisələri (Monoqrafik elmi-publisistik kitab)
(Z.Vəliyev, N.Əliyev, F.Vəliyev) Bakı, Nafta-Press, 2023, 172 səh.
Təbiət hadisələrinin rəngarəngliyina təəccüblənərək onları möcüzə adlandırırıq. Bu ifadə ilk növbədə bizim ətraf mühitin aglasığmaz qüdrəti, gücü və gözəlliyi qarşısında heyranlığımızı əks etdirir.
Bu sehrli kitabın üz qabığı altında sanki – dəhşətli tayfunlar va sunamilar, vahiməli vulkanlar va uçqunlar, möhtəşəm aysberqlər va şəlalələr, gözlənilməz qasırğalar va zəlzələlər gizlənmişdir. Burada hamçinin əicaib daş abidələri, optiki təbiət hadisələri, heyranedici atollar va kanyonlar, qorxunc ildırımlar, Günəş və Ay tutulmaları va s. öz əksini tapmışdır.
Ümidvarıq ki, bu məftunedici əsəri vərəqlədikca o Sizi romantik duyğu qanadlarında öz ağuşuna alacaq və tayı-bərabəri olmayan Planetimizin xəyalən vertual səyahətinə sövq edəcəkdir. Məhz bu bizim əsas missiyamızdır.
Təbiəti sevən geniş oxucu kütləsi – tələbələr, m agistrlar, gənc mütəxəssislər və ümumiyyətlə böyük intellekt sahibləri üçün nəzərdə tutulmuşdur.
Neft-qaz texnologiyalarının geoloji əsasları (dərs vəsaiti)
(Q.M.Əfəndiyev, Ə.Ə.Feyzullayev, M.K.Karajanova) ISBN 9778-9952-37-263-2
Dərs vəsaitində, “neft-qaz işi” ixtisaslı tələbələrin nəzərdə tutulmuş fənnlər üzrə əvvəlki tədris mərhələlərində əldə edimiş biliklərin tamamlanması məqsədi ilə neft sənayesinin inkişafı tarixindən bəzi qısa faktlar, quyuların qazılması, neftçıxarma texnologiyası bəzi məsələləri, neftmədən geologiyasından məlumat, geoloji kəsilişlərin öyrənilməsi üsulları, quyuların quruluşu və digər məsələlər öz əksini tapmışdır. Vəsaitin məqsədi “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” və “neft-qaz işi” sahələri üzrə təhsil alan gənc mütəxəssisləri müasir texnologiyalar, geoloji və texnoloji məlumatların əldə edilməsi və təhlili, optimal qərarlar qəbul edilməsi istiqamətində üsul və vasitələrlə tanış etməkdir.