Monoqrafiya və kitablar
Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 1-ci kitab. Cənubi Xəzər çökəkliyinin yeni geoloji-geofiziki modeli
“Nafta-Press” nəşriyyatı, 2015
Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütəxəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialinin və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzusunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 1-ci bölməsinin materialları əsasında hazırlanmışdır.
Əsas diqqət, qravimaqnit və elektrik kəşfiyyatı məlumatlarının yenidən emalına, ayrı-ayrı geofiziki metodlar arasında məlumatların uzlaşdırılmasına, yüksək termobarik şəraitdə laborator - fiziki təcrübələrin (kernlər üzrə) hazırlanmasına, seysmik materiallar üzrə dərin qatların interval sürətlərinin dəqiqləşdirilməsinə, seysmik anizotropiyanın tətbiqi və geoloji modelin hazırlanmasına, tərtib edilmiş kəsilişlərin regional stratifikasiyasına, müxtəlif metodlara uyğun kəsilişlərin uzlaşdırılmasına və vahid geoloji modelin seçilməsinə yönəldilmişdir. Funksional asılılıqları ifadə edən alqoritm və proqramlar hazırlanmışdır. Konsolidə edilmiş yer qabığının, qranit və bazalt təbəqələrinin, Moxo səthinin seçilməsi və qranit təbəqəsinin yayılma sərhədinin müəyyən edilmişdir. Mövcud geoloji-geofiziki məlumatların müasir texnologiyaların tətbiqi ilə yenidən işlənilməsi, interpretasiyası (üçölçülü interpretasiya modelinin yaradılması) və ümumiləşdirilməsi aparılmışdır. Fundamentdən yuxarı çökmə qatın – mezokaynozoyun ayrı-ayrı səviyyələri izlənilmiş, müxtəlif xarakterli geoloji və seysmoloji kəsilişlərin, struktur, qalınlıq, paleogeoloji, seysmotektonik, seysmofasial və s. xəritələrin və sxemləri tərtib edilmiş və seysmostratiqrafik tədqiqatlar əsasında region üzrə qeyri-antiklinal tipli neft-qaz tələləri müəyyənləşdirilmişdir. Mezokaynazoy dövrü paleocoğrafiyasının şərhi verilmişdir. Yüksək termobarik şəraitdə aparılan laboratoriya təcrübələri nəticələrinin emal texnologiyaları hazırlanmış, seysmoloji və geodinamiki tədqiqatlarda tətbiq edilmişdir. Kəsilişlər və sahələr üzrə neft-qaz əmələgəlmə və toplanma zonaları müəyyən edilmişdir. CXÇ sərhəddinin qonşu əyalətlərlə (Böyük Qafqaz, Terek-Xəzər kənar gömülmə zonası və s.) uzlaşdırılması aparılmışdır. Neft-qazlılığın dərinlik üzrə petrofiziki meyarları təyin edilmişdir. CXÇ-nin müasir strukturlarının əmələ gəlməsi və inkişaf tarixinin şərhi verilmişdir. CXÇ hövzəsinin inkişafı və neft-qaz əmələgəlmə modelini imitasiya edən «Basin Modelling» tədqiqatları həyata keçirilmişdir.
Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 3-cü kitab. Geodinamik tədqiqatlar və monitorinq
“Nafta-Press” nəşriyyatı, 2015
Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütəxəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialinin və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzusunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 3-cü bölməsinin materialları əsasında hazırlanmışdır.
Əsas diqqət, yeni nəzəri yanaşmalar və əldə edilmiş ən son geoloji-geofiziki məlumatlar bazasında, Azərbaycanda geodinamik monitorinq şəbəkəsinin yaradılması və təkmilləşdirilməsi (o cümlədən, seysmoloji və digər fiziki stansiyaların avadanlıqlarının və onların ayrı-ayrı hissələrinin moderniləşdirilməsi), müasir deformasiya proseslərinin nəzəri modellərinin hazırlanması, etalon obyektlərdə karbohidrogen ehtiyatlarının axtarışı və istehsalı metodlarına təbii və texnogen faktorların qarışıqlı təsiri geodinamikasının modellərinin hazırlanması, Böyük Qafqazın cənub yamacının geodinamik poliqonunun (Balakən-Qəbələ) yaradılması, yeraltı və yerüstü suların hidrokimyəvi parametrlərinin öyrəliməsi, sualtı və sahil tikililərində, komunikasiya infrastrukturalarında, o cümlədən neft kəmərlərində təhlükəli mühəndis-geoloji proseslər və onların qiymətləndirilməsi məsələlərinin tədqiqinə verilmişdir.
Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən olan, geologiya elminin korifeylərindən biri, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, İ.M.Qubkin adına mükafatın laureatı, Türkmənistanın Əməkdar elmi xadimi, dünya şöhrətli görkəmli alim, pedaqoq, elm təşkilatçısı və ictimai xadim Ələşrəf Əbdülhüseyn oğlu Əlizadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verilir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Mirıli Qaşqay parlaq həyat yaşaməş və bütün ömrünü insanlara xidmətə həsr etmişdir. Azərbaycanın bu böyük aliminin həyat yolu heç də hamar olmamışdır. XX əsrin praktik olaraq bütün əsas dönüşlərinin əks olunduğu bu ömürdə böyük insan sevincləri də çox olub, böyük şəxsi faciələr də az olmayıb. Lakin kitabın qəhramanı bütün bu keşməkeşlərə rəğmən dözüb dayanmış və bizə çox qiymətli irs qoyub getmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.