Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Əlizadə Ak.A. Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr,müsahibələr

Əlizadə Ak.A. Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr,müsahibələr

(Akademik T.Kərimlinin ümumi redaktorluğu ilə. Tərtibçilər: texnika elmləri doktoru V.İbrahimov, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Y.Lətifova). 2 cilddə. I cild. Bakı, Elm, 2022, 424 səh. ISBN 978-9952-556-25-4 (I cild)

Kitabda görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin seçilmiş məruzə, çıxış, məqalə və müsahibələri toplanıb. Orijinal dildə təqdim olunan materiallar 2000-2021-ci illəri əhatə edir və Azərbaycan Respublikasında fundamental elmin inkişafının geniş spektrdə aktual və problemli məsələlərinə dair müəllifin mövqeyini hərtərəfli açıqlayır. Uzun illər AMEA-nın aparıcı akademik institutlarından birinə rəhbərlik edənAk.A.Əlizadənin əvvəlki illərdəki elmi-təşkilati fəaliyyətinin bəzi məqamlarına da toxunulub.

Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr, müsahibələr. 2 cilddə. II cild

Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr, müsahibələr. 2 cilddə. II cild

(Əlizadə Ak.A.) Bakı: Elm, 2022, 328 səh. ISBN 978-9952-556-26-1

Kitabın I cildində görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin 2000-2021-ci illəri əhatə edən elmi və elmi-təşkilati fəaliy­yətinin müxtəlif mərhələlərini əks etdirən seçilmiş məruzə, çıxış və müsahi­bələri toplanıb.


Oxucuya təqdim olunan kitabın II cildində alimin elmi və elmi-təşkilati fəaliyyətinin müəyyən məqamlarına toxunan jurnal və qəzet məqalələri öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası

Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası

(Ş.Ə.Babayev, T.N.Kəngərli, A.B.Məmmədov) Bakı, “Nafta-Press”, 2017, 966 səh.

Kitabda çöküntüləri Naxçıvan MR ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bü­tün sistem və mərtəbələri Beynəlxalq Stratiqrafik Cədvələ uyğun olaraq təsvir edilmiş, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahid­lərin təsviri və faunistik səciyyələndirilməsi aparılmış, müxtəlif yaşlı litoloji-stratiqrafik komp­leks­lərin dayaq kəsilişləri verilmişdir. Əlavə olaraq, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapmışdır.


Naxçıvan MR-in stratiqrafiyasını ilk dəfə olaraq Azərbaycan dilində müfəssəl işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyyatı mütəxəssislər üçün lazımi məlu­mat bazası olmaqla, regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan həm­çinin ali məktəblərin geoloji profilli fakültələrinin bakalavr və magistrantları dərslik kimi faydalana bilərlər.


Kitabın sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan MR ərazisi­nin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaş­dı­rılmasına imkan yaradacaqdır.

Arif Cəfər oğlu İsmayıl-zadə: biobiblioqrafiya

Arif Cəfər oğlu İsmayıl-zadə: biobiblioqrafiya

Bakı: Elm, 2014, 160 s. ISBN 978-9952-495-04-1

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-minerologiya elmləri doktoru, AMEA Geologiya İnstitutunun “Petriligiya və metallogeniya” seksiyasının, həmçinin “Petrologiya” şöbəsinin rəhbəri, Əməkdar elm xadimi,  Azərbaycanın əməkdar geoloqu, “Şöhrət” ordenli Arif Cəfər oğlu İsmayıl-zadənin elmi əsərlərinin biblioqrafik göstəricisi 1959-2014-cü illəri əhatə edir və buraya alimin Azərbaycan və xarici dillərdə çap olunmuş monoqrafiya və kitabları nəşr olunmamış elmi əsərləri, müxtəlif məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələri,, elmi konqres, sessiya, simpozium, konfrans, müşavirələrdə çıxış və məruzələri daxil edilmişdir.

Biobiblioqrafiyada akdemik A.C.İsmayıl-zadənin həyat və fəaliyyətinin əsas tarixləri, elmi, pedaqoji, təşkilati və ictimai fəaliyyəti haqqında qısa oçerk, alim haqqında yazılan məqalələr, onun elmi rəhbərliyi ilə müdafiə edilmlş dissertasiyalar əks olunmuşdur.


Biobiblioqrafiyaya daxil edilmiş materiallar xronoloji ardıcıllıqla yerləşdirilmişdir.


Göstəricidən istifadəni asanlaşdırmaq məqsdilə kitabın sonunda informasiya-axtarış aparatı təqdim olunmuşdur: bura alimin əsərlərinin, həmmüəlliflərin və onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri daxildir.