Monoqrafiya və kitablar
Radon və insan sağlamlığı
(Feyzullayev Ə.Ə., Əliyev Ç.S., Mahmudov F.F., Bağırlı R.C.) Bakı, Nafta-Press, 2017, 40 səh.
Broşüra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda hazırlanmışdır. Broşürada elmi-populyar və illüstrasiyalı formada tıbii radiasiya, onun mənbələri və radonun insan sağlaçlığına yaratdığı təhlükələr haqqında, bu təhlükə riskinin azaldılması. Həmçinin əhalinin qorunması üçün həyata keçirilən tədbirlərin tənzimlənməsi və normativ aktlar haqqında ətraflı məlumat verilir.
Radiasiya təhlükısizliyi məsələləri iləmaraqlananlar, xüsasən də radonuhn yüksək səviyyəsi ilə xarakterizə olunan ərazilərdə yaşayanlar üçün bu kitabça çox faydalı ola bilər.
“Elmin cazibəsi” kitabında AMEA-nın Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərlinin Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin alimlərindən aldığı müsahibələri, elmi məqalələri və tarix boyu elm haqqında deyilmiş müdrik sözlər, eləcə də müsəlman Şərqində alimlərin elmi nailiyyətləri haqqında məlumatlar yer almışdır. Müəllif bu mövzularda materialları hər kəsə aydın dildə təqdim etmiş, uyğun fotolar yerləşdirmişdir. Elmin populyarlaşdırılması məqsədilə sadə dildə yazılmış kitab elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Vulkanizm, filizəmələgəlmə və geodinamika
(Z.A. Vəliyev) Bakı: “Zəngəzurda çap evi”, 2019, 288 səh.
Kitabda vulkanik proseslərlə əlaqədar filiz əmələgəlmə problemlərinə və geodinamik inkişaf rejimlərinə baxılır. Müasir vulkanizmin təzahür etmə formaları, maqmatogen yataqların tipləri haqqında məlumatlat araşdırılır. Dəqiq olaraq, vulkanogen yataqlar, onların geoloji-struktur, fiziki-kimyəvi əmələgəlmə şəraitləri, filizəmələgəlmədə metasomatozun roluna baxılır. Ali məktəblərin tələbhələri və gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı
(T.N.Kəngərli, O.A.Rzayev, Z.İ.Abadzadə) Bakı: “AFPoliqrAF”, 2020, 454 səh., ISBN 9778-9952-475-24-1
Kitab Naxçıvan MR ərazisində uzun illər aparəlan geoloji, geomorfoloji və hidrogeoloji elmi tədqiqatların, geoloji-planalma, geoloji-axtarış və geoloji-kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirilmiş şəkildə əks etdirən, cansız mühitə aid təbiət abidələri (geosaytlar) barədə məlumat verən, həmçinin diyarın geoloji öyrənilməsində böyük əməyi olan peşəkar alim və mütəxəssislərin fəaliyyət yolunu işıqlandıran əsərdir.
Kitab Naxçıvan diyarının geoloji irsi və onun öyrənilmə tarixi ilə maraqlanan mütəxəssislər, orta və ali təhsil müəssisələrinin tələbələri və geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilmişdir.