Monoqrafiya və kitablar
Neft geokimyası (geokimyəvi göstəricilər)
(Q.S. Martınova, Z.A. Vəliyev) Bakı, Nafta-Press, 2022, 87 s.
Kitabda mövcud olan geokimyəvi göstəricilərin sistemləşdirilməsi təqdim olunmuşdur. Geokimyəvi göstəricilər, neftin əsas təsnifat tipləri, neftin əsas xarakteristikaları bir yerdə cəmləşdirilmiş, neftqazlılığın problemləri, neft və qazın axtarışlarının geokimyəvi metodları, həmçinin çökmə süxurda vahid neftqazəmələgəlmə tsiklində neftin generasiya prosesinin əsas fazaları işıqlandırılmışdır.
Kitab neftin geologiyası və geokimyası problemləri məsələlərilə məşğul olan elmi işçilər, həmçinin bu elmi sahədə ixtisaslaşan magistrant və doktorantlar üçün nəzərdə tututlur.
Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 2-ci kitab. Karbohidrogen potensialının qiymətləndirilməsi
“Nafta-Press” nəşriyyatı, 2015
Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütəxəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialinin və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzusunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 2-ci bölməsinin materialları əsasında hazırlanmışdır.
Əsas diqqət, karbohidrogenlərin ilkin potensial resurslarının müəyyən edilməsinə və sahələr üzrə paylanmasının təyininə, resursların təsnifatının verilməsinə və çətin çıxarıla bilən karbohidrogen ehtiyatlarının Cənubi-Xəzər hövzəsi üzrə paylanmasının öyrənilməsinə yönəldilmişdir.
Kitabda Azərbaycanın istedadlı geoloq alimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının əsasını qoyanlardan biri, respublikamızda petrologiya məktəbinin banisi akademik Şamil Əbdülrəhim oğlu Əzizbəyovun həyatının, çoxşaxəli elmi və pedaqoli fəaliyyətinin ayrı-ayrı mərhələləri işıqlandırılır.
Hikmət İsmayıl oğlu Mahmudov (Azərbaycanın elm və mədəniyyət xadimlərinin biblioqrafiyası)
Bakı, “Nurlan”, 2017, 200 s.
Biblioqrafiyada görkəmli geoloq-alim, geologiya-minerologiya elmləri doktoru, Azərbaycan yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Vətən” mükafatlarına, Qızıl medal və diploma, “İlin alimi”, “İlin Vətənpərvər adamı”, “Şərəfli ömür yolu”, fəxri adlarına, “Tərəqqi” medalına və “Prezident təqaüdünə” layiq görülmüş tanınmış şair Hikmət İsmayıl oğlu Mahmudovun (Hikmət Mahmudovun) həyatının əsas tarixi dövrləri, elmi, pedaqoji, ictimai və ədəbi fəaliyyəti öz əksini tapmışdır. Burada məqsəd oxucunu alim və şairin həyatı, əsərləri, elmi və ədəbi yaradıcılığı ilə tanış etmıkdir.
Biblioqrafik toplu mütəxəssislər, elmi işçilər, şair və yazıçılar, habelə elmimizon və ədəbiyyatımızın tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.