Monoqrafiya və kitablar
Azərbaycan alt paleogen çöküntülərində biotların stratiqrafiki və paleocoğrafi paylanma qanunauyğunluqları
(M.A.Bağmanov) Bakı, “Red N line” MMC, 2017, səh 176.
Alt Pg çöküntüləri Azərbaycanın əsas struktur kompleksləriningeoloji quruluşunda geniş inkişaf edir. Hövzələr regionlarda istiqamətlərinidəyişib inkişaf etmişlər, çöküntülər regionlararası və daxilində kəskin litoloji dəyişikliyə məruz qalmış, lütes və priabon əsrlərində vulkan materialları ilə mürəkkəbləşmişdir.
Hövzələrdə ekzogenez inkişaf tarixi müxtəlif olmuş, tərəqqi edən fauna keyfiyyət və kəmiyyətcə köklü sürətdə fərqlənir.
Dənizlərin lateral və sublateral sahələrinin yerdəyişmələri, dərinliklərin qeyri sabitliyi və çökən süxurların xarakteri faunanın laterial və kəsiliş üzrə paylanmasına ciddi nəzarət edir. Ayrı-ayrı regionlarda ayrılan birliklərin (cəmi 15 birlik) strukturu və növ tərkibi fərqlənir.
Azərbaycan alt paleogen faunası cənub əyalətinə məxsusdur.
Alt paleogen faunası kaça (üst paleosen) və ipr (alt eosen) hövzələrində normaldan bir qədər az olan şəraitdə və normal duzlu lütes və paradaş hövzələrində inkişaf etmişlər.
Nummulitlər və assilinlər Cənub-Aralıq dənizi əyalətinə məxsusdur; assilinlər boreal təsirli şəraitdə inkişaf etmirlər, xırda nummulitlər nadir hallarda az boreal təsirli şəraitə adaptasiya olunurlar; nummulitidlər uzun müddətli əlverişli şəraitdə inkişaf edirlər. Kükürd birləşmələri ilə az zəhərlənən şəraitə uyğunlaşa bilirlər.
Sumqayıt və koun laydəstələrinin mərtəbə bölgüsü ilk dəfə tərtib olunur.
Sumqayıt laydəstəsi, alt kounun alt hissəsi Kiçik Qafqazda inkişaf edən qaradərə, ketus və borjom laydəstələri ilə müqayisə olunur.
Kitab paleontoloq-stratiqraflar, geoloqlar, dissertantlar, apirant və magistrlər üçün nəzərdə tutulur.
Əhəd Ələkbər oğlu Yaqubov (Mətn): biobiblioqrafik göstərici
(Redaktor: N.İ.Novruzova) Bakı: Elm, 2018, 150 s. ISBN 978-9952-514-49-0
Bu biobiblioqrafik göstərici Əhəd Ələkbər oğlu Yaqubovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biobiblioqrafiyasını əks etdirir.
Biobiblioqrafik göstərici geologiya və geofizika sahəsi üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazilərin mühəndisi geofiziki şəraiti
(V.A. Məmmədov, S.İ. Əliyev, Ə.M. Salamov) Bakı: Mütərcim, 2019, 248 səh.
Kitabda Azərbaycan Respublikası ərazisində yerləşən böyük ölçülü (su səthinin sahəsi ≥1 km2 olan) göllərin hidrobiokimyəvi xüsusiyyətlərinin təbii və antropogen təsirli dövrlərdə dəyişmə istiqamətləri, onların parametləri və əmələ gələn ekoloji problemlər arışdırılır. Ekoloji şəraiti pozulmuş göllərin rekonstruksiyası yolları göstərilir. Gölətrafı ərazilərin geofiziki şəraiti qiymətləndirilir.
Kitab hidrologiya, hidrokimya, hidrobiologiya, ekologiya və geofizika sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.
Kitabda 102 cədvəl, 173 şəkil verilir. Biblioqrafiya 256 ədəbiyyatı ahətə edir.
Geniş oxucu kütləsi üçün yazılmış bu elmi-kütləvi kitabda yerin əmələ gəlməsi, yer üzərində. habelə onun müxtəlif təbəqələrində gedən geoloji proseslər, o cümlədən vulkanlar, zəlzələlər. sürüşmələr. onların yaranma səbələri, törətdikləri fəsadlar barədə çox zəngin və maraqlı tarixi məlumatlar verilir. Dağların, düzənliklərin yaranması Azərbaycan ərazisini müxtəlif dövlərdə dənizlərin fəth etməsi, habelə bir çox təbiət hadisləri, faydalə qazıntılar, onların əmələ gəlmə səbəbləri və istifadə sahələri barədə də kitabda ətraflı söhbət gedir. Bütün bu qeyd olunların üzərindəgeologiyanın tarixi baxımndan müəyyən araşdırmalar aparılır. oxuculara ətraflı və dəyərli məlumatlar verilir. Maraqlı və oxumaqlı dildə yazılan bu əsərdən ali məktəb tələbləri də istifadə edə bilərlər.