Ana Səhifə / Xəbərlər

Xəbərlər

12 May 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

Sual: “Paleomaqnetizmin Yer elmlərində rolu və əhəmiyyəti barədə  nə deyə bilərsiniz?”

 

Suala “Dinamiki geologiya” şöbəsinin aparıcı elmi işçisi geologiya - mineralogiya elmlər namizədi, dosent Təhminə Qarayeva cavab verir.

 

 -Mənə elə gəlir ki, bu suala cavab verməzdən əvvəl oxuculara paleomaqnetizm haqqında qısa da olsa məlumat vermək lazımdır.


Paleomaqnetizm keçmiş geoloji dövrlərin yer maqnetizmini öyrənən geofizika sahəsidir və o, süxurların təbii qalıq maqnitləşməsinin öyrənilməsinə əsaslanır. Məqsəd müxtəlif geoloji dövrlərdə Yerin maqnit sahəsi haqqında dəqiq və dolğun məlumatlar əldə etmək üçün süxurların təbii qalıq maqnitləşməsini (NRM) öyrənməkdir.


Süxur yarandığı zaman maqnit sahəsinin istiqamətini və qiymətini yaddaşına həkk edir və əldə etdiyi maqnitlənməni qismən də olsa bu günə qədər qoruyub saxlaya bilib. Süxurlar “yaşam” boyu müxtəlif geoloji, geodinamik, tektonik və s. proseslər nəticəsində əlavə təsirlərə məruz qalır və fərqli formada qəlib dövrümüzə çatır. Süxurun tərkibində olan maqnit minerallar bir təbii maqnit cihazı kimi bütün  hadisələri “yaddaşına yazır” və milyon illər keçsədə yaddaşında qoruyub saxlayır.


Paleomaqnetizm elmindən əsas məqsəd süxurların yaddaşında olan təbii qalıq maqnitləşmənin aşkar etməkdir.  Bizim şöbənin əməkdaşaları g.-m.e.n. Novruzov Zöhrab, Bağırova Arzu da bu işlə məşğuldurlar. Böyük Qafqazda Tahircal, Babaçay, Ağçay, Cimiçay, Gil-gilcay, İstisu və s., Kiçik Qafqazda Əsrik 1, Əsrik 2, Lazlar, Naxçıvanda Kotam, Axura, Hehrəm, Dizi, Azada və s. Talış strulturunda, Yardımlı, Daşkənd, Yolaçıq, Dıman, Ərkuvan və s. kəslişlərdə işlər davam edir.


Azərbaycanda sovetlər dönəmində (1960-63-ci illər)  ilk paleomaqnit tədqiqatlarını professor T.İsmayılzadə aparmışdır. Bu iş Abşeron yarımadasında yerləşən Məhsuldar Qatın çöküntülərinin stratiqrafiyasının öyrənilməsi ilə başlayıb.


Bu günə qədər Azərbaycan paleomaqnetoloqları ölkəmizin bütün bölgələrində 250-dən çox kəsilişdən paleomaqnit tədqiqatları aparmaq üçün minlərlə süxur nümunəsində laborator tədqiqatlar aparıblar və bu fəaliyyət növü indi də  davam edir.


Şöbəmizdə ilk paleomaqnit tədqiqatlar stratiqrafik məqsədlər üçün 1963-cü ildən başlanmışdır. Bu günə kimi Naxçıvandan, Talış stukturundan, Kiçik Qafqazdan, Abşeron yarımadasından, Böyük Qafqazın Azərbaycan hisssəsindən götürülmüş nümunələrdən müxtəlif stratiqrafik yaşlar öyrənilir. Xüsusən də “lal” və endemik süxurlarda statiqrafik yaş bölgüsünin aparılmasında paleomaqnit məlumatlarının əvəzi yoxdur.


Alınan paleomaqnit məlumatları əsasında ilk olaraq stratiqrafik böşluqlar, yəni mərtəbələr və yarım mərtəbələr arasında sərhədlər dəqiqləşdirilib. Öyrənilən ərazilər üçün ilk dayaq maqnitostratiqrafik şkala 1990-cı ildə professor Mənijə İsayeva tərəfindən tərtib edilmişdir. Lakin bu şkalada bəzi yaşlarda boşluqlar vardır, hazırda isə bu şkala şöbəmizin alimləri Zöhrab Novruzov, Arzu Bağırova və b. tərəfindən yenilənir.


GGİ rəhbərliyinin səyi nəticəsində son illərdə şöbəmiz ən yeni paleomaqnit cihazları ilə təmin olunub. Şöbədə olan paleomaqnit cihazları çox köhnə və yararsız olduğu üçün 2022-ci ildə həm dəyişən maqnit sahəsi ilə (LDA5-PAM1 – dəyişən və sabit maqnit sahəsi maqnitsizləndirən cihaz (Çexiya,Bruni)), həm də temperatur vasitəsilə maqnitsizləşdirən (MMTD24 Thermal demagnetizer - termopeç 10 000C qədər qızdırılma yolu ilə maqnitsizləndirən(İngiltərə) cihazlar əldə edilmişdir. Əldə edilən  hər iki cihaz süxurun yaddaşında olan təbii qalıq maqnitlənməni təyin etmək üçün istifadə olunur. Bunlardan başqa şöbədə olan müasir JR:-6 spin maqnitomert   cihazı ilə ölçmələr reallaşdırılır(Bruno, Çexiya) və onların köməyilə hazırda əldə olan materiallar üzərində işlər davam etdirilir.

 

Əgər ilk işlər stratiqrafik sərhədlərin dəqiqləşdirilməsi üçün nəzərdə tutulurdusa, hazırda şöbədə tektonik rekonstruksiyaların aparılması ilə bağlı intensiv işlər görülür (həm çöl, həm də laborator tədqiqatları). Bu tədqiqatlardan əsas məqsəd mezokaynozoyun dayaq şkalasını yebiləmək, eləcə də Azərbaycan ərazisi üçün palinspastik xəritələrin qurulmasıdır. Bu cür xəritələrin tətbiqi Yer qabığının təkamülünü, çökmə hövzələrinin inkişafını və geodinamik hadisələri bərpa etmək üçün istifadə edilən mühüm elmi üsuldur. Deyilən xəritələr həm də tektonik proseslərin və paleocoğrafi dəyişikliklərin dəqiq öyrənilməsinə, həmçinin neft-qaz yataqlarının proqnozlaşdırılmasında mühüm rol oynayacaq.


Bu illər ərzində şöbədə 15-dən çox bakalavr və 6 magistr işi yerinə yetirilib. Şöbənin əməkdaşı Arzu Bağırova   namizədlik dissertasiyasının müdafiəsi ərəfəsindədir, BDU-nun baş laborantı Adiləxanım Babayeva isə namizədlik dissertasiya işini bitirməkdədir.

BİR SUAL
BİR SUAL
next
next