Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ETN GEOLOGİYA İNSTITUTUNDA FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ İMTAHAN KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunda fəlsəfə doktoru proqramı üzrə imtahan keçirilib.
2507.01- “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə keçirilmiş imtahan y.e.e.d., professor Qulam Babayevin sədrliyi ilə reallaşıb.
İmtahan komissiyanın tərkibi: g.-m.e.d., professor Tofiq Əhmədov (sədr müavini), g.-m.e.d, Tahir Məmmədli, y.e.f.d., dosent Səbin Kazımova, y.e.f.d., dosent Rafiq Səfərov.
İddiaçıların sınaq nəticələri komissiya tərəfindən “əla” qiymətləndirilib.
İmtahanın gedişatı Gİ-nin Elmi təşkilati şöbəsinin əməkdaşları tərəfindən müşahidə edilib.
Bununla yaz imtahan sessiyası çərçivəsində baş tutan fəlsəfə doktoru proqramı üzrə imtahanı sona çatıb.