Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ALİM VƏ MÜTƏXƏSSİSLƏRİ AVROPA YER ELMLƏRİ İTTİFAQININ BAŞ ASSAMBLEYASINDA İŞTİRAK EDİBLƏR
May ayının 3-dən 8-nə kimi Avstriyanın Vyana şəhərində Avropa Yer Elmləri İttifaqının (EGU) növbəti Baş Assambleyası keçirilib. Dünyanın müxtəlif ölkələrindən 20 000-ə yaxın tədqiqatçını bir araya gətirən bu mötəbər elmi platformada Azərbaycan Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun əməkdaşları – yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov, yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova, mütəxəssislərdən Emin Quliyev və Murad Qəhrəmanlı iştirak ediblər.
Hər il ənənəvi olaraq Vyanada təşkil olunan bu beynəlxalq tədbirdə İnstitutun əməkdaşları apardıqları elmi araşdırmaların ən son nəticələrini təqdim ediblər. Sessiyalar çərçivəsində alimlərimiz xarici həmkarları ilə bir araya gəlmək imkanı qazanmaqla, birgə tədqiqatlar və elmi əməkdaşlıq perspektivləri ətrafında səmərəli müzakirələr aparıblar.