Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOQ ALİM ADNSU TƏLƏBƏLƏRİ ÜÇÜN USTAD DƏRSİ KEÇİB
Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun (Gİ)baş elmi işçisi yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbə və müəllim heyətinin iştirakı ilə ustad dərsi keçib.
Geoloq alimin təqdimatı "Azərbaycanda palçıq vulkanizmi: əmələgəlməyə tektono-stratiqrafik nəzarət, karbohidrogen sistemləri və seysmikliklə əlaqəyə dair konseptual baxış" mövzusuna həsr olunub.
Böyük maraqla qarşılanan təqdimatın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb.
Məlumat üçün qeyd edək ki, sözügedən ustad dərsi Geologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının cari il üzrə fəaliyyət planı çərçivəsində baş tutub. Belə ki, həmin planda ali təhsil müəssisələrində tələbələr üçün Yer elmləri sahəsində görkəmli alimlərin iştirakı ilə ustad dərslərinin təşkili nəzərdə tutulur.