Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GƏNC ALİMƏ FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏNİN DIPLOMU TƏQDİM EDİLİB
ETN Geologiya İnstitutunun növbəti Elmi şura iclasında baş direktor akademik Akif Əlizadə Neftin
geokimyası şöbəsinin elmi işçi Samir Zeynalova fəlsəfə doktoru elmi dərəcənin diplomunu təqdim edib.
Gənc alimi təbrik edən akademik bildirib ki, S.Zeynalov keçən il oktyabr ayının 30-da Neft və qaz
yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
“Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və flüidodinamik aspektlər”
mövzusunda dissertasiya işini uğurla müdafiə edib və ona Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının 05.03.2026-cı il tarixli qərarı ilə Neft və qaz yataqlarının
geologiyası, axtarışı və kəşfiyyatı ixtisasında yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru
elmi dərəcəsi verilib.