Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Mar 2026 Diqər xəbərlər Diqər xəbərlər

AR ETN GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA BAYRAMLAR MÜNASİBƏTİLƏ KONSERT PROQRAMI TƏŞKİL OLUNUB

İnstitut rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Geologiya və Geofizika İnstitutunda Novruz və Ramazan bayramına həsr olunmuş ədəbi-bədii konsert proqramı təşkil olunub. Bayram tədbirini giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə Novruzun Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən ən qədim və əziz bayramlardan biri olduğunu vurğulayıb. Eyni zamanda, Ramazan bayramının cəmiyyətimizdə həmrəylik, mərhəmət və mənəvi dəyərlərin təcəssüm olunduğu müqəddəs bayram olması diqqətə çatdırılıb.

Konsert proqramı çərçivəsində tanınmış gənc ifaçıların çıxışları təqdim olunub, xarici və yerli bəstəkarların klassik əsərlərindən ibarət repertuar səsləndirilib. Prezident təqaüdçüləri - Elçin Məmmədov (fortepiano) və Zərrin Əliyeva (skripka) canlı ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Tədbirdə Fikrət Əmirovun, Scarlattinin, Baxın, Şubertin, Çaykovskinin, Ravelin və digər dahi bəstəkarların əsərləri təqdim olunub. Tədbir iştirakçıları gənc ifaçıların çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.

Sonda akademik Akif Əlizadə İnstitut kollektivi adından musiqiçilərə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

next
next