Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 May 2025 Diqər xəbərlər Diqər xəbərlər

GGİ KOMANDASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 102 İLLİYİNƏ HƏSR EDİLMİŞ FUTBOL YARIŞINDA FİNALA VƏSİQƏ QAZANIB

AMEA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş İnstitutlar arasında keçirilən futbol çempionatında ETN Geologiya və Geofizika İnstitutunun komandası fəal iştirak edir.


Qrup mərhələsinin oyunlarını uğurla başa vurandan sonra yarımfinala yüksələn Geologiya və Geofizika İnstitutunun (GGİ) komandası Neft Kimya Prosesləri İnstitutununun (NKPİ) komandasını 1-0 hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib.


Komandamız finalda İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə qarşılaşacaqdır.


Final oyunu 20 may 2025-ci il saat 13:00-da baş tutacaqdır. İnstitutumuzun əməkdaşlarını komandamıza dəstək olmağa dəvət edirik.


İnstitutun kollektivi adından final mərhələsində komandamıza uğurlar arzulayırıq!