Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Nov 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNDA GEOTERMAL ENERJİ TEXNOLOGİYALARI MÜZAKİRƏ OLUNUB

ABŞ-nin “Halliburton” şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Əhməd Şovgenov Geologiya İnstitutunda “Geotermal energetika: texnologiyalar və tətbiq sahələri” mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimatda yerin istiliyindən enerji istehsalında istifadə üsulları, geotermal resursların axtarışı və qiymətləndirilməsi, həmçinin bu məqsədlə quyuların layihələndirilməsi və qazılması barədə məlumat verilib. Təbii hidrotermal, təkmilləşdirilmiş geotermal (EGS) və qapalı dövrəli sistemlərin iş prinsipləri və tətbiq xüsusiyyətləri izah olunub.

 

Əhməd Şovgenov geotermal quyuların qazılması zamanı əsas çətinliklərdən birinin yüksək temperatur olduğunu bildirib. Belə şərait qazma məhlullarının və sementin xassələrinə təsir göstərdiyindən, istifadə ediləcək materialların əvvəlcədən müvafiq temperatur şəraitində laboratoriya sınaqlarından keçirilməsinin vacibliyini qeyd edib. Layihələrin planlaşdırılması zamanı texniki risklərin və xərclərin qiymətləndirilməsi məsələlərinə də toxunulub.

 

Təqdimatın bir hissəsi Azərbaycanda geotermal enerjidən istifadə imkanlarına həsr olunub. Böyük Qafqaz, Şamaxı–Qobustan, Kəlbəcər–Laçın, Masallı–Astara və Naxçıvan bu baxımdan perspektivli ərazilər kimi nəzərdən keçirilib. Mövcud neft-qaz quyularından istilik və elektrik enerjisi istehsalı üçün istifadə imkanları, eləcə də geotermal istiliyin kənd təsərrüfatında tətbiqi müzakirə edilib.

 

Təqdimatdan sonra Əhməd Şovgenov iştirakçıların suallarını cavablandırıb. Müzakirələrdə Azərbaycanın geoloji şəraiti, mövcud quyu fondu və neft-qaz sahəsində toplanmış təcrübənin geotermal layihələrdə istifadəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Yekunda akademik Akif Əlizadə təqdimatı maraqlı və məlumatlandırıcı hesab etdiyini bildirib, xüsusilə Azərbaycanda geotermal enerjidən istifadə imkanlarına dair müzakirələri müsbət qiymətləndirib.

GEOLOGİYA İNSTİTUTUNDA GEOTERMAL ENERJİ TEXNOLOGİYALARI MÜZAKİRƏ OLUNUB
GEOLOGİYA İNSTİTUTUNDA GEOTERMAL ENERJİ TEXNOLOGİYALARI MÜZAKİRƏ OLUNUB
GEOLOGİYA İNSTİTUTUNDA GEOTERMAL ENERJİ TEXNOLOGİYALARI MÜZAKİRƏ OLUNUB
GEOLOGİYA İNSTİTUTUNDA GEOTERMAL ENERJİ TEXNOLOGİYALARI MÜZAKİRƏ OLUNUB
next
next