Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Oct 2026 Mühüm hadisələr Mühüm hadisələr

GEOLOGİYA İNSTİTUTUNDA YAP-ın VIII QURULTAYININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

22 oktyabr 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayının növbəti iclası keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan Geologiya İnstitutunun rəhbəri Elçin Vəliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki rolundan, Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasından, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən bəhs edib.

Daha sonra YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanın tarixi, beynəlxalq münasibətlər sistemindəki strateji mövqeyi və ölkənin siyasi inkişafında Prezident İlham Əliyevin fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Akademik Akif Əlizadə çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqinə toxunaraq, Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının davam etdirilməsindən, ölkənin əldə etdiyi nailiyyətlərdən danışıb.

İclas çərçivəsində Geologiya İnstitutunun YAP ərazi təşkilatının sədri vəzifəsinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Elçin Vəliyev yekdilliklə sədr seçilib.

Bu qərar institutda partiya təşkilatının fəaliyyətinin davamlılığının təmin olunması, əməkdaşların ictimai-siyasi fəallığının, təşkilati işlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.

next
next