Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA “RESEARCH AND RIDE” ADLI İLK VELOSİPED TURU KEÇİRİLİB
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Geologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı bulvarında “Research and Ride” adlı ilk velosiped turu keçirilib.Tədbirdə İnstitutun əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
Təşəbbüs sağlam həyat tərzinin təşviqi, kollektivdə komanda ruhunun gücləndirilməsi və əməkdaşlar arasında səmimi ünsiyyətin inkişafına yönəlib.İş mühitindən kənarda təşkil olunan görüş həmkarların bir-birini daha yaxından tanımasına, qarşılıqlı etimadın və institusdaxili həmrəyliyin möhkəmlənməsinə şərait yaradıb.
Geologiya İnstitutunun rəhbərliyi təşəbbüsə qoşulan bütün iştirakçılara təşəkkürünü bildirərək, bu cür tədbirlərin kollektivin birliyinə, sağlam həyat prinsiplərinin təşviqinə və müsbət iş mühitinin formalaşmasına töhfə verdiyini vurğulayıb.
“Research and Ride” velosiped turunun gələcəkdə davam etdirilməsi və İnstitutun kollektiv həyatında ənənəyə çevrilməsi nəzərdə tutulur.