Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ

Dövlət Suverenliyi Günü münasibətilə Geologiya İnstitutu, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai BirliyiVAPIANO komandası ilə birgə şəhid övladları və onların ailələri üçün səmimi görüş təşkil edib.

 

Görüş çərçivəsində uşaqlar üçün pizza hazırlanması üzrə ustad dərsi keçirilib. Uşaqlar böyük həvəslə prosesə qoşularaq öz pizzalarını hazırlayıb, xoş və yaddaqalan anlar yaşayıblar.

 

Geologiya İnstitutu Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin böyük elm və təhsil komandasının bir hissəsi olaraq, elmi fəaliyyətlə yanaşı, cəmiyyət qarşısında sosial məsuliyyəti də mühüm dəyər hesab edir. Xüsusilə şəhid ailələrinə və onların övladlarına diqqət və qayğı, uşaqlarla ünsiyyət qurmaq, onların sevincini bölüşmək və onlar üçün gözəl xatirələr yaratmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır.

 

Tədbirin həyata keçirilməsinə töhfə verən “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə, VAPIANO komandasına və Geologiya İnstitutunun əməkdaşlarına təşəkkür edirik.

 

Uşaqların təbəssümü bu görüşün ən dəyərli xatirəsi oldu.

20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
next
next