Ana Səhifə / Xəbərlər

Xəbərlər

18 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ ŞƏKİ SƏFƏRİ

Geologiya İnstitutunun kollektivi zəngin tarixi, mədəni irsi və özünəməxsus ənənələri ilə seçilən Şəki şəhərinə səfər edib.

Səfər çərçivəsində əməkdaşlarımız Şəkinin tarixi və mədəni mühiti ilə yaxından tanış olub, şəhərin əsrlər boyu formalaşmış memarlıq və sənətkarlıq ənənələrini yerində müşahidə ediblər.

Proqramın xüsusi məqamlarından biri Azərbaycan xalqının qədim sənət nümunələrindən olan kəlağayı ənənəsi ilə tanışlıq olub. Şəki Süsən Kəlağayı Mərkəzində keçirilən ustad dərsi zamanı əməkdaşlarımız bu sənətin hazırlanma və bəzədilmə mərhələlərində iştirak edərək kəlağayı sənətinin incəliklərini praktiki şəkildə öyrəniblər.

Milli irsimizin peşəkarlıqla, səmimi və maraqlı şəkildə təqdim olunmasına görə Şəki Süsən Kəlağayı Mərkəzinin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürümüzü bildiririk.

Səfərimizin diqqətçəkən məqamlarından biri də Essenso ilə tanışlıq oldu. Təbiətlə harmoniyada yaradılmış bu məkan ekoturizmə yaradıcı yanaşmanın, fərdi təşəbbüsün və müasir düşüncənin maraqlı nümunəsidir.

Belə layihələrin həyata keçirilməsi turizmin yeni istiqamətlərinin formalaşması, yaradıcı ideyaların praktikaya çevrilməsi və insanların öz təşəbbüslərini reallaşdırması baxımından xüsusi maraq doğurur. Xüsusilə dəyərlidir ki, burada təbiətə həssas münasibət, yerli xüsusiyyətlərin qorunması və müasir yanaşma bir-birini tamamlayır.

Essenso rəhbərliyinə və kollektivinə səmimi qonaqpərvərliyə, göstərilən diqqətə və kollektivimiz üçün yaradılan xoş atmosferə görə təşəkkür edirik.

Belə səfərlər yalnız kollektiv ünsiyyət baxımından deyil, həm də ölkəmizin mədəni və təbii irsini daha dərindən tanımaq, uğurlu yerli təşəbbüsləri görmək, yeni yanaşmaları müşahidə etmək və müxtəlif ideyalardan ilham almaq baxımından əhəmiyyətlidir.

next
next