Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Jul 2026 Nəşrlər Nəşrlər

AZƏRBAYCAN ALİMLƏRİNİN ELMİ MƏQALƏSİ RUSİYA ELMİ JURNALINDA DƏRC EDİLİB

ETN Geologiya İnstitutu seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, eyni zamanda fəlsəfə doktorluğu iddiaçısı Ruslan Məlikovun müvafiq dissertasiyasına elmi rəhbərlik edən y.e.e.d., professor Qulam Babayev seysmik məlumatların emalında yeni nəticələrə nail olub. Onların birgə hazırladıqları “Zaman-tezlik atributlarına və özünütəşkil edən Koxonen xəritələrinə əsaslanaraq seysmik fasiya cisimlərinin müəyyənləşdirilməsi” (“Идентификация сейсмофациальных тел на основе частотно-временных атрибутов и самоорганизующихся карт Кохонена”) mövzusunda elmi iş Rusiya Fedarasiyasının nüfuzlu “Геология и Геофизика Юга России” jurnalında dərc olunub.


Məqalə seysmik məlumatların çoxzolaqlı tezlik atributları əsasında geoloji cisimlərin avtomatlaşdırılmış şəkildə ayrılmasını təmin edən seysmik fasiyaların üçölçülü klasterləşdirilməsi üçün inteqrasiya olunmuş alqoritmin hazırlanmasına həsr edilib.


Elmi işdə tədqiqat metodları kimi seysmik siqnalın spektral parçalanması və tezlik-zaman atributları toplusunun formalaşdırılması məqsədilə fasiləsiz veyvlet çevrilməsi (Continuous Wavelet Transform – CWT), həmçinin əlamətlər məkanının topoloji strukturunu qorumaqla çoxölçülü məlumatların klasterləşdirilməsi üçün Koxonenin özünütəşkil xəritələrindən (Self-Organizing Maps – SOM) istifadə edilib.


Tədqiqatın nəticələri Cənubi Xəzər hövzəsinin materialları əsasında göstərmişdir ki, təklif olunan yanaşma meandrlı çay məcrası cisimlərini, stratiqrafik sərhədləri səmərəli şəkildə identifikasiya etməyə imkan verir, həmçinin üçölçülü fasiya modellərinin qurulmasını təmin edir.


Bildirək ki, “Геология и Геофизика Юга России” elmi jurnalı "SCOPUS" beynəlxalq bazasında indeksləşib. Məqalə jurnalın 2026-cı il, 16-cı cild, 2-ci nömrəsində rus dilində dərc olunub.


Materialla tanış olmaq istəyənlər jurnalın rəsmi saytından ictimaiyyətə açıq surətdə təqdim olunmuş elektron versiyadan yararlana bilərlər:

 

https://geosouth.ru/article/view/1425

DOI: https://doi.org/10.46698/VNC.2026.38.50.001

AZƏRBAYCAN ALİMLƏRİNİN ELMİ MƏQALƏSİ RUSİYA ELMİ JURNALINDA DƏRC EDİLİB
AZƏRBAYCAN ALİMLƏRİNİN ELMİ MƏQALƏSİ RUSİYA ELMİ JURNALINDA DƏRC EDİLİB
next
next