Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ İCLASI KEÇİRİLİB
ETN Geologiya İnstitutunun (Gİ) nəzdində yaradılmış birdəfəlik BFD 1.01 Dissertasiya şurasının 2517.01 – “Litologiya” ixtisasında birdəfəlik elmi seminarın iclası keçirilib. İclasda AR ETN Geologiya və Geofizika İnstitutunun keçmiş doktorantı Emin Quliyevin “Orta Kür çökəkliyinin bort hissələrinin mezozoy (yura-təbaşir) terrigen çöküntü şəraiti və mezozoy terrigen çöküntülərinin toplanmasının geodinamiki və paleocoğrafi şəraitlərinin mineraloji-geokimyəvi indikatorları” («Минералого-геохимические индикаторы геодинамических и палеогеографических обстановок накопления мезозойских (юра-мел) терригенных отложений бортовых частей Средне-Куринской впадины») mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
Tədbirdə Gİ-nin direktor v.s.m.i.e., texnika elmləri doktoru Elçin Vəliyev, elmi seminar üzvləri, İnstitut əməkdaşları iştirak ediblər.
Tədbirə rəhbərlik edən AMEA həqiqi üzvü, g-m.e.d., professor Vasif Babazadə tədbiri açıq elan edərək sözü iddiaçıya verib. İnstitutun kiçik elmi işçisi Emin Quliyev dissertasiya işinin təqdimatını reallaşdırıb. İddiaçının dissertasiya işinin elmi rəhbəri AMEA müxbir üzvü, g.-m.e.d., professor Elmira Əliyevadır.
İddiaçı dinlənildikdən sonra rəyçilər protokol qaydasında dissertasiya işinə münasibətlərini bildiriblər və E.Quliyev səsləndirilən iradlarla bağlı izahat təqdim edib və çoxsaylı sualları cavablandırıb.
Daha sonra Elmi seminar şurasının üzvləri arasında təqdim olunan iş baradə qapalı müzakirə aparılıb, eləcə də gizli səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən qərara alınıb ki, iddiaçı Emin Quliyevin “Orta Kür çökəkliyinin bort hissələrinin mezozoy (yura-təbaşir) terrigen çöküntü şəraiti və mezozoy terrigen çöküntülərinin toplanmasının geodinamiki və paleocoğrafi şəraitlərinin mineraloji-geokimyəvi indikatorları” mövzusunda dissertasiya işi müsbət qiymətləndirilsin və ETN Geologiya İnstitutunun nəzdindəki birdəfəlik BFD 1.01 Dissertasiya şurasında müdafiə olunmaq üçün təqdim edilsin.