Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Mar 2026 Mühüm hadisələr Mühüm hadisələr

MUXTAR RÜSTƏMOV- 95

Mart ayının 19-da geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar mühəndisi Muxtar Rüstəmovun 95 yaşı tamam olur. Qocaman həmkarımızı ürəkdən təbrik edir, cansağlığı, elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

M.Rüstəmov 1931-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan EA Geologiya İnstitutunun (hazırda AMEA Geologiya və Geofizika İnstitutu) aspiranturasına daxil olmuşdur. 1955-1958-ci illərdə Naxçıvan çökəkliyində axtarış-kəşfiyyat işləri aparan «Qromov» ekspedisiyasında geoloq, 1958-1963-cü illərdə Azərbaycan Geologiya İdarəsinin Qapıçıq axtarış-planalma partiyasının baş geoloqu vəzifəsində çalışmışdır. 1964-cü ildən AEA Geologiya İnstitutunda (AETN Geologiya və Geofizika İnstitutu) çalışır və kiçik elmi işçidən şöbə rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. Hazırda İnstitutun baş elmi işçisidir. O, 1960-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Elmi fəaliyyət sahəsi petrologiya, paleovulkanologiya, metallogeniya, tektonika və geodinamika məsələləri ilə bağlıdır. İki monoqrafiyanın, 205 elmi əsərin müəllifi və həmmüəllifidir. Səkkizcildlik “Azərbaycanın geologiyası” (rus dilində) fundamental əsərin “Maqmatizm” (2001, 2005) və “Tektonika” (2005) cildlərinin müəlliflərindəndir. Geologiya sahəsində fədakər əməyinə görə “Əməkdar mühəndis” (2015) fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı (2008) və AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

MUXTAR RÜSTƏMOV- 95
next
next