Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Mar 2026 Mühüm hadisələr Mühüm hadisələr

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA AKADEMİK ŞAMİL ƏZİZBƏYOVUN 120 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Elmi şuranın akademik Şamil Əzizbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş yubiley iclası keçirilib. “Akademik Şamil Əzizbəyov və Azərbaycan geologiya elminin inkişafı” leytmotivi ilə reallaşan tədbirdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Neft və Qaz İnstitutunun direktoru akademik Fəxrəddin Qədirov, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, UFAZ-ın direktoru dosent Vazeh Əsgərov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini İlqar Cəlilov, ETSN-nin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev, yubilyarın böyük oğlu g.-m.e.n. Rəhim Əzizbəyov, ADNSU-nun Geoloji-kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev, Mineralogiya muzeyinin direktoru, g.-m.e.n., dosent Ağamehdi Ağayev, BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri, g.-m.e.d., professor Nazim İmamverdiyev, Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov və professor-müəllim heyəti, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ-nin direktoru vəzifəsini icra edən coğrafiya elmləri doktoru, dosent Zaur İmrani və digər alimlər iştirak ediblər.

Yubiley iclasını giriş sözü ilə açan GGİ-nin baş direktoru akademik Akif Əlizadə qonaqları salamlayaraq nüfuzlu alim Şamil Əzizbəyovla bağlı maraqlı xatirələrini bölüşərək, özünün və yüzlərlə digər gələcək geoloq aliminin müəllimi olmuş yubilyarı istedadlı pedaqoq, qayğıkeş həmkar, diqqətcil hami-tərbiyəçi, nümunəvi vətəndaş kimi xarakterizə edib. Bildirib ki, Şamil Əzizbəyov gənc yaşlarında jurnalist qismində işlədiyindən səlis nitq sahibi, elmi mülahizələrini sərrast ifadə edən, yazı mətnlərində maksimum dəqiqliyə riayət edən ustad və məharətli pedaqoq kimi tanınırdı. Elmi yaxşı tədris etdiyi kimi, tələbkarlığı ilə də seçilirdi. İstedadli gənc “Gəncəçay və Qoşqarçayın orta və aşağı axını boyunca yerləşən süxurlar və faydalı qazıntılar” mövzusunda namizədlik dissertasiyasını, sonra “Kiçik Qafqazın şimal-şərq hissəsinin filiz zonasının petrologiyası” adlı sanballı monoqrafiyası əsasında doktorluq dissertasiyasını  müdafiə etmişdir. Çox zəhmətkeş Ş.Əzizbəyov bir ildə 26 elmi məqaləsi dərc olunmuş alim kimi tanınırdı. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) geoloji-kəşfiyyat fakültəsinin inkişafının demək olar ki, yarım əsrlik tarixi Ş.Əzizbəyovun adı ilə bağlıdır.

Akademik Akif Əlizadə çıxışında görkəmli alimin insani məziyyətləri, alimlik istedadı, təşkilatçılıq bacarığı ilə bağlı maraqlı xatirələrini də iştirakçılarla bölüşüb.

BDU-nun kafedra müdiri akademik Vasif Babazadə, Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, eyni zamanda yubilyarın tələbəsi g.-m.e.d. Muxtar Rüstəmov akademik Şamil Əzizbəyovla bağlı təəssüratlarını bölüşərək, onu yüksək intellekt sahibi, təcrübə və biliyini tələbələrinə bacarıqla aşılayan pedaqoq, qayğıkeş insan kimi yaddaşlarda qaldığını vurğulayıblar.

Professor Nazim İmamverdiyev yubilyarın həyatı və elmi yaradıcılığı haqqında geniş danışıb. Bildirib ki, Ş.Əzizbəyov Res­publikamızda petroqrafiya məktəbinin əsasını qoyan­lardan biri olub. O, Qafqazın quruluşu və inkişafının fundamental problemlərini öyrənib, maqmatik formasiyaların petrologiyası və metallogeniyasını araşdırıb, həm­­çinin alp maqmatizmilə filizəmələgəlmə proseslərinin qarşılıqlı qanunauy­ğun­luğunu müəyyən edərək vulkanik-tektonik strukturların təkamülünü tədqiq edib. Alimin tədqiqatları təkcə Qafqazın və onunla həmhüdud ərazilərin geologiyasının öyrənilməsi ilə məhdudlaşmayıb. O, müxtəlif ölkələrin (İsveç, Hindistan) geologiya elminin nailiyyətləri ilə daim maraqlanıb.

ADNSU-nun Mineralogiya muzeyinin direktoru, g.-m.e.n., dosent Ağamehdi Ağayev maraqlı çıxışının sonunda diqqətə çatdırıb ki, elmi ictimaiyyət 2026-cı ildə tanınmış alim Ş.Əzizbəyovun həm yubileyini, həm  də vəfatının 50 illiyini qeyd edir. “Bugünkü tədbir bir daha göstərir ki, insan vəfat edəndən sonra yaşayır”, - deyə A.Ağayev vurğulayıb.

Sonra yubilyarın böyük oğlu g.-m.e.n. Rəhim Əzizbəyov atası ilə bağı səmimi xatirələrini, geniş ictimaiyyətə az məlum olan maraqlı faktları çatdırıb. Eləcə də xatirə tədbirinin təşkilatçilarina və iştirakçılara minnətdarlığını bildirib.

Yubiley iclası “Akademik Şamil Əzizbəyovun həyatı fotolarda” sənədli süjetinin nümayişi ilə sona çatıb.

next
next